Xalqımız yüz illərdir hicri-qəməri təqvimi ilə məhərrəm ayının daxil olması ilə peyğəmbərin nəvəsi İmam Hüseynin şəhid edilməsinin ildönümünü yəni “məhərrəmlik” adlanan əzadarlıq məclislərini keçirdir. Lakin son illər bu mərasimlər başlanan kimi kütləvi informasiya vasitələri bununla bağlı birmənalı qarşılanmayan xəbərlər yaymaqla bu tədbirin məna və məfhumunu şübhə altına alan fikirlər formalaşdırmağa səy edirlər.