Ay şərafətli, mərifətli, ləyaqətli millət! Sən yaşamırsan!.. Sən sürünürsən, sən yuxulusan, mürgüləyirsən, sən yatmısan fil qulağında! Yaşamağın, sudan quru çıxmağın çəmini-təhərini bilmirsən...
Tutmusan ləyaqətin, şərəfin, mənəviyyatın ,filanın-beşməkanın quyruğunnan ki, iş bilmişəm. Ay başıbatmış millət, bunlar hamısı fuflodu, vozdux şeylərdi! Bəli, mən arını yeyib, namsunuu çölə tullamışlardanam – noolsun? Soruşuram axı, noolsun?! Bəli, mənim arvadım gəzəyəndi, ipiqırığdı, şorgözdü, ayağısürüşkəndi və sair və ilaxır,– bunun kimə
... Читать дальше »