İlin mübarək Novruz (yeni) günü və onun müjdəçisi Axır (torpaq) çərşənbəsi barədə ən mükəmməl və dəyərli fikirlər qədim Azərbaycan və İran xalqlarına məxsus və bəşərin ilk dinlərindən olan Zərdüştlik və bu dinin ədəb - əxlaq və öyüd – nəsihət kitabı hesab olunan AVESTAda əks olunmuşdur. Novruz – təbiət qanunları baxımından, gecə ilə gündüzün bərabərlik anını ifadə edirsə də, əsil həqiqətdə, haqqın batilə, xeyrin şərə, n
... Читать дальше »
Dostlar, mən dəfələrlə SÖZ adlı İlahi anlama münasibət bildirmişəm. Aşağıdakı fikirimi də dönə-dönə təkrar etmişən: Həyatın ən möhtəşəm möcüzəsi insan doğuluşudur. Körpə ana bətnindən xilas olan məqamda bu dünyadan aldığı ilk nemət NƏFƏSdir. Və onun bu İlahi payı müqabilində qaytarıb dünyaya verdiyi - SƏSdir. Deməli, NƏFƏS də, SƏS də Tanrı hədiyyəsi olduğu üçün,- müqəddəsdir. SÖZ isə bu iki hikmətin - NƏFƏS və SƏSin - birləşməsindən yaranır və məhz elə buna görə də ikiqat müqəddəs sayılmalıdır. Bizlər bunu dərindən düşünüb-anlasaq heç vaxt dediyimiz və verdiyimiz sözə yalan qatıb xəyanət etmərik,- bununla da bir çox əzab-əziyyət və günahlardan xilas olarıq!..