"Azəri-Talış” Birliyinin sədri, "El” Hərəkatının sədr müavini Mehdibəy Səfərov Milli Şuradan istefa verib
Bununla bağlı APA-ya göndərdiyi bəyanatda M. Səfərov istefasının səbəblərini açıqlayıb. O bildirib ki, Milli Şurada ayrı-seçkiliyə yol verilib: "Demokratik Qüvvələrin Milli Şurasının fəaliyyətinin ana xətti vətənimizdə dilindən, dini və milli mənsubiyyətindən asılı olmayaraq, azad, demokratik və bərabərhüquqlu vətəndaş cəmiyyəti quruculuğu olduğundan "Azəri-Talış” İctimai Birliyi də, bu dəyərləri rəhbər tutaraq, mənim Milli Şurada təmsil olunmağıma qərar verdi.