Şeyxülislam Allahşükür Paşazadə bu gün qurumun Qazilər Şurasının Məhərrəm ayının başlanması ilə bağlı keçirdiyi tədbirində məzhəb davası salmaq istəyən xarici qüvvələrdən danışıb.
Onun sözlərinə görə, bir azərbaycanlı kimi həm sünni, həm şiə məzhəblərinin bir yerdə yaşaması, bir yerdə namaz qılması, bir yerdə ibadət etməsi çox xoşdur: "Bu gün Azərbaycanda tolerantlıq, dinlərarası münasibət, başqa dinlərə olan münasibət bütün dünyada nümunə kimi göstərilir. Amma bunu pozmaq istəyən bəzi qüvvələr də var. Əlbəttə, bunun bir ucu xaricdən gəlir”, - obildirib.