Rusiyada fəaliyyət göstərən Azərbaycan təşkilatlarından biri – Talış Diasporu Təşkilatı 9 oktyabr seçkisilə bağlı ölkə seçicilərinə müraciət edib. Müraciəti təşkilatın sədri İsmayıl Şabanov imzalayıb. Müraciətdə deyilir:
"Əziz dostlar və həmvətənlər. Oktyabrın 9-da Vətənimizdə prezident seçkiləri günüdür. Bu gün xalqımızın ən azı növbəti 5 il üçün taleyi müəyyən ediləcək. Seçən sizsiniz. Həmən gün siz sadəcə prezident seçməyəcəksiniz, həm də öz taleyinizin üzərində sərəncam verərəcəksiniz. Seçim çətin deyil. O, haqla batil, zülmkarla zülmə məruz qalan arasındadır.