Gənc tədqiqatçı Razzaq Xansuvar "Yeni xəbər" qəzetinin saytında Azərbaycan adının kökü ilə bağlı maraqlı fikirlər səsləndirib. Qədim sivilizasiyaları tədqiq edən və tarixi abidələri araşdıran tədqiqatçı bu yaxınlarda Lerikin Ozobijon kəndində olub. Ozobijon qədim maq kahinlərinin yaşadığı kənddir. Sovet dönəmində bu kəndin adı Azərbaycan, müstəqillik illərində isə Günəşli adlandırılıb. Tədqiqatçı deyir: "Amma hec biri bu qədim Oozbijon toponiminin məntiqini dəyişdirə bilmədi. Belə ki, Günəşli də, Azərbaycan da özləri bilmədən Ozobijonun atəşpərəstlik məntiqini qoruyur".
Masallı rayonunun Qəriblər kənd sakini Vahid Mirzəyevin 1 hektar torpaq sahəsini bu kənddən 15 kilometr aralıda, Şərəfə kəndində məskunlaşan məcburi köçkün Qurban Həşimov saxta yollarla ələ keçirmişdir. Qurban Həşimov Cəbrayıl rayonunun Veysəlli kəndində anadan olmuş, hazırda Masallı rayonunun Şərəfə kənd klubunda məskunlaşmışdır. Əvvəllər Vahid Mirzəyevə məxsus kooperativdə ofisdə yaşayan, sıravi polis işçisi olmuş, indi "Ulu dağ” istirahət mərkəzini çalışdıran şəxsdir. Bundan əlavə Masallıdakı "Turan” İstirahət Mərkəzinin də ona məxsus olduğu bildirilir. Digər məlumata görə Q. Həşimovun həmin ərazidə bir çayxanası da var.