Sentyabrın 11-də Bakı Ağır Cinayətlər Məhkəməsində "Tolışi sado” qəzetinin redaktoru Hilal Məmmədovun işi üzrə iclas emosional-gərgin vəziyyətdə keçib. Buna dövlət ittihamçısı Tural Yusifovun yekun sözü səbəb olub.
Prokuror bildirib ki, məhkəmə istintaqı üç maddə - dövlətə xəyanət, milli ədavətin qızışdırılması və qanunsuz narkotik maddə üzrə H.Məmmədovun günahını sübut edib.
Prokurorun sözlərinə görə, H. Məmmədov hələ 1992-ci ildə İranın xüsusi xidməti tərəfindən ələ alınıb. Məqsəd Azərbaycanın müstəqilliyinə və ərazi bütövlüyünə zərbə vuran fəaliyyət aparmaq olub.