Məlumdur ki, axşam hava qaralandan səhərə kimi, təmiz havada, səmada ay və ulduzların hərəkətini müşahidə etmək olur. Qədim horizontal astronomik rəsədxanalarda təqvimi (kalendarı) dəqiqləşdirmək, yaxın gələcəkdə baş verəcək və bir-biri ilə bağlı olan astronomik – iqlimi – siyasi – ictimai – təsərrüfat və digər dəyişikləri qabaqcadan bilmək üçün müntəzəm şəkildə müşahrdələr aparılırdı. Öz dövrünə görə, o zamanlar üçün aparılan müşahidələrin bir növü də hansı bürcün, ulduzun, planetin ilin müxtəlif zamanlarında hansıları ılə birgə, hansılardan qabaq və yaxud sonra üfüdə görünməsi idi.