Bu gün "Tolışi sado” qəzetinin redaktoru Hilal Məmmədovun işi üzrə məhkəmə prosesində müttəhimin və vəkillərin əvvəlki iclaslarda irəli sürdükləri vəsatətlərə baxılıb.
Xatırladaq ki, vəsatətlərdən biri H.Məmmədov tərəfindən irəli sürülüb və həmin iş üzrə şahidlərdən biri Əziz Ağakişiyevin ölüm şəraitinin araşdırılması xahiş olunub. Belə ki, H.Məmmədov onun öldürüldüyünü güman edir.
İkinci vəsatət vəkil Ramiz Məmmədov tərəfindən irəli sürülüb və Nizami Rayon Polis İdarəsinin müstəntiqi Ceyhun Musayevin şahid kimi çağırılmasının vacibliyi ilə əla
... Читать дальше »