Avropa Azərbaycanlıları Milli Birlik Şurasının sədri Qabil Rzayev və Şuranın Rusiya nümayəndəliyinin rəhbəri Qalib Hüseynov iyulun 26-da Moskvanın Brülyov rayonunda məskunlaşan Azərbaycan vətəndaşları ilə görüş keçiriblər. Görüşdə Azərbaycandakı ictimai-siyasi vəziyyət və qarşıdan gələn seçkilər müzakirə predmeti olub.
Görüş iştirakçıları Azərbaycanda insan hüquqlarının acınacaqlı vəziyyətindən və bu dəfə də seçkilərin saxtalaşdırıla biləcəyindən narahatlıqla danışıblar. Ölkəmizdəki ədalətsizliklər, ictimai-siyasi fəallara qarşı repressiyalar, sosial-iqtisadi bərabərsizlik və bütün bunların nəticəsi kimi, vətəndaşlarımızın xarici ölkələrə pənah aparmağa məcbur qalmaları da gö
... Читать дальше »