"Tolışi sədo” qəzetinin baş redaktoru Hilal Məmmədovun işi üzrə bugünki məhkəmə prosesində cinayət işinin qanunsuz narkotik ticarəti ilə bağlı hissəsi üzrə şahidlər ifadə veriblər.
İclasın əvvəllərində Məmmədov bir sıra vəsatətlərlə çıxış edib. O qeyd edib ki, 2012-ci il iyunun 21-də saxlanılması zamanı iyunun 5-də ifadə verən DİN-in Narkotiklərə qarşı Mübarizə İdarəsinin əməkdaşı, polkovnik Ələkbər Xələfov və bu idarənin digər əməkdaşı – polkovnik Qalib Hümbətov ona qarşı fiziki və mənəvi təzyiq göstəriblər.