(3 aprel 2013-ci il, saat 11.00 – 13.00, şahid Elman Quliyevin dindirilmə prosesi)
Hakim (Azər Orucov) şahidi zala dəvət edərək, ona təkrar suallar verilməməsini tələb etdi. Mən etiraz edərək bildirdim:
- E.Quliyev keçən dəfə bəzi suallara qeyri-konkret cavab verdiyindən, Novruzəli Məmmədovun cinayət işindəki müvafiq sənədlərin hazırkı işə əlavə olunmasıla bağlı vəsatət qaldırıldı. Bu vəsatət də qəbul olundu. Odur ki, təkrarən bəzi sualları yenidən verilməyimizə ehtiyac duyulacaq...
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Orucovun sədrliyi ilə "Tolışi sado” qəzetinin redaktoru Hilal Məmmədovun dövlətə xəyanət və milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması maddəsi üzrə məhkəmə prosesi davam etdirilib.
Vəkil Xalid Bağırovun Turan-a bildirib ki, prosesdə yuxarıda sadalanan maddələr üzrə şahid ifadələri başa çatıb. Sübutların araşdırılması mərhələsində vəsatət qaldırılaraq linqvistik və məhkəmə-texniki rəylərlə bağlı İlhamə Quliyevanın, Almaz Bayramovanın, Məmməd Ramazanovun məhkəməyə dəvət edilməsi istənilib.
Tanınmış hüquq-müdafiəçisi, Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus Teodor Heker adına beynəlxalq mükafata layiq görülüb. Bu barədə Turan-a SDİ-nin mətbuat xidmətindən məlumat verilib.
Almaniyadan daxil olan təbrik məktubunda deyilir ki, "xanım Yunus korrupsiya, özbaşınalıq, insan hüquqlarının pozulmasına qarşı cəsarətli mübarizəsinə, siyasi məhbusların müdafiəsinə, həmçinin şəxsi təhlükəsizliyini riskə ataraq Sülh və Demokratiya İnstitutunun rəhbəri kimi fəaliyyətinə görə təltif ediləcək”.
Teodor Heker katolik ekzistensializmin ta
... Читать дальше »