Bu gün Ağır Cinayətlərə dair işlər üzrə Bakı məhkəməsində "Tolışi Sədo” qəzetinin redaktoru Hilal Məmmədovun işi üzrə proses davam edib. Bu iclas da əvvəlkilər kimi qapalı rejimdə keçirilib.
Vəkil Xalid Bağırovun Turan-a verdiyi məlumata görə, Hilal Məmmədovun vəsatəti üzrə iclasda ona qarşı əsas şahid Elman Quliyev təkrarən ifadə verib.
Bu şəxs qəzetin əvvəlki redaktoru Novruzəli Məmmədovun işində də ittiham tərəfin əsas şahidi olub. Elman Quliyev 6 il müddətinə azadlıqdan məhrum edilib və cəzasını çəkərək, yenicə azadlığa çıxıb.
... Читать дальше »