Vəkil İsaxan Aşurov adına ilk mükafata "Tolışi Sədo” qəzetinin həbs edilmiş redaktoru və hüquq müdafiəçisi Hilal Məmmədov layiq görülüb.
Sülh və Demokratiya İnstitutu (SDİ) tərəfindən təsis edilmiş bu mükafatın təqdimetmə mərasimi bu gün EL hərəkatının ofisində keçirilib.
Mükafat – Femida heykəlciyi redaktorun doğmalarının iştirakı ilə onun vəkili Ramiz Məmmədova təqdim edilib.
SDİ direktoru Leyla Yunus qeyd edib ki, laureatı seçmək asan olmayıb, bir sıra vəkil və hüquq müdafiəçisinin namizədliyinə baxılıb. Lakin son seçim ən çətin vəziyyətdə olan Məmmədovun xeyrinə edilib.
Yunus gələcəkdə laureat nişanının insan hüquqları uğrunda cəsarətlə mübarizə aparan digər hüquqşünasların və hüquq müdafiəçilərinin də yaxasını bəzəyəcək
... Читать дальше »