Bu gün Moskva Millətlər evində "Tolışi Sədo" qəzetinin mərhum baş redaktoru, lingivistik alim professor Novruzəli Məmmədovun anım mərasimi keçirib. Tədbir Rusiya Talış Diasporunun təşkilatçılığı ilə keçirilib.
Tədbirdə çıxış edənlər Novruzəli Məmmədovun həyat və yaradıcılığına nəzər salmış, onun ictimai fəaliyyətindən söz açmış, alimin qanunsuz həbsi və sonradan həbsxanada öldürülməsini pisləmişlər.