Məlumdur ki, Hüquq müdafiəçisi, alim, "Tolışi Sədo” qəzetinin baş redaktoru Hilal Məmmədova qarşı irəli sürülən qondarma ittihamlar Elman Quliyevin uydurma və fantaziyaları əsasında qurulub.
Qısa arayış: E.Quliyev 16 fevral 2007-ci ildə mərhum professor Novruzəli Məmmədovla birgə AR CM-nin 274-cü (dövlətə xəyanət) maddəsiyylə həbs edilmiş və 6 il azadlıqdan mərhum edilmişdir. Novruzəli Məmmədova qarşı olan bütün ittihamlar tək onun ifadəsinə əsaslanmışdır. O, məhkəmədə özünün 2000-ci ildən başlayaraq İran Xüsusi Xidmət Orqanlarıla (İXXO) əməkdaşlıq etdiyini etiraf etmişdir. Hərçənd ki, adlarını çəkdiyi adamların İXXO işçiləri olmasını və Azərbaycandakı fəaliyyətinin Azərbaycan dövlətçiliyinə qarşı olduğunun sübutlarını və mahiyyətin
... Читать дальше »