Lənkəranda bir qrup dindarın Xocalı soyqırımı ilə bağlı keçirmək istədiyi tədbirin qarşısı alınıb. Bu barədə FaktXeber.com-a Müsavat Partiyası Lənkəran Şəhər Təşkilatının sədri Yadigar Sadıqov məlumat verib.
Yadigar bəy qeyd edib ki, təşkilatçılar əvvəlcə tədbiri qapalı şəkildə Lənkərandakı "Sahil" çayxanasında keçirmək istəyiblər. "Tədbir saat 15:00-da baş tutmalı idi. Lakin polis əməkdaşları tədbirin keçirilməsinin qarşısını alıblar. Məni də dəvət etmişdilər. Məqsədimiz erməni vandalizminin azərbaycanlılara qarşı törətdiyi bu mənfur terror aktını pisləmək idi. Ancaq rayonun polis idarəsinin rəisi Möhübbət Hüseynov restoran sahibini yanına çağırıb və ona tapşırıq verib ki, restoranı bu gün açmasın. Tədbir baş tutmadı. Lənkəranda Xocalı qatilləri
... Читать дальше »