Prezidentin hər şeydən xəbəri var İcra başçısı Rafil Hüseynovun oğlu rayonda at oynadır
Masallının bir qrup ziyalısı fevral ayının 21-də Bakıya gəliblər. Onların Bakıya gəlişinin səbəbi isə Rayon icra başçısı Rafil Hüseynovun əməlləri ilə bağlıdır. Belə ki, rayon ziyalıları Rafil Hüseynovun özbaşınalıqlarından təngə gəldiyini bildiriblər.
RATİ-nin ofisində ilk öncə mətbuat konfransı keçirən ziyalılar, daha sonra Prezident Administrasiyasına üz tutublar.
Masallı Ziyalılar Birliyinin sədri Məmmədağa Eynullayev deyib ki, onlar icra başçısının əməllərini mətbuatda ifşa etdiklərinə görə təzyiqlərə məruz qalırlar.