İranın İslam Şura Məclisinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının vitse-prezidenti, deputat Mənsur Həqiqətpurla Azərbaycan Milli Məclisinin üzvü, YAP icra katibinin müavini Siyavuş Novruzov arasında virtual debat davam edir. Iranlı deputat S.Novruzovun ona verdiyi cavabla razılaşmayaraq, yenidən deputata müraciət edib.
Ötən dəfədən fərqli olaraq bu dəfə Həqiqətpur azərbaycanlı millət vəkilinə "Azərbaycan Respublikası parlamentinin deputatı cənab Siyavuş Novruzov” deyə müraciət edib.
S.Novruzovu "islami ədəb və əxlaq qaydalarına riayət etməməkdə” suçlayan Mənsur Həqiqətpur deputatın onu "yalançılıqda” təqsirləndirməsindən təəssüflənib.
"Yazdığım mövzulara cavab vermək əvəzinə məni yalan
... Читать дальше »
Səbayel Rayon Məhkəməsi dövlətə xəyanətdə ittiham olunan "Tolişi sədo” qəzetinin baş redaktoru Hilal Məmmədovun təqsirsizlik prezumpsiyası hüququnun pozulması ilə bağlı şikayəti 1 saylı Bakı İnzibati İqtisad Məhkəməsinə göndərib.
Bu barədə Turan-a vəkil Xalid Bağırov bildirib.
2012-ci il iyulun 4-də DİN və Baş Prokurorluq birgə bəyanat yayaraq H.Məmmədovu cinayəti sübut olunmuş şəxs kimi təqdim edib, bu da təqsirsizlik prezumpsiyası hüququnun kobud şəkildə pozulması deməkdir.
Vəkilin sözlərinə görə, 7 aydan sonra Səbayel Rayon Məhkəməsi hakim Rauf Əhmədovun sədrliyi ilə bu işlə bağlı şikayətə bu gün baxmalı idi. Lakin məhkəmə işi inzibatı məhkəməyə göndərilməsini əsas bilib.