"Tolışi sədo” qəzetinin həbsdə olan redaktoru Hilal Məmmədovun hüquqlarını müdafiə komitəsi fevralın 15-də saat 11.00-da Ağır Cinayətlərə dair İşlər üzrə Məhkəmənin binası qarşısında etiraz aksiyası keçirəcək. Aksiya Məmmədovun işi üzrə qapalı məhkəmə keçirilməsinə qarşı və onunla həmrəyliyin ifadə olunması məqsədilə keçirilir.
Aksiya səssiz piket şəklində keçiriləcək. İştirakçılar tibbi maskalar taxacaqlar, bu, tənqidi səslərin boğulması, habelə Azərbaycanın məhkəmə-hüquq sistemində baş verən özbaşınalıqlardan müdafiənin rəmzi olacaq.
"Biz Hilal Məmmədovun taleyindən narahatıq. O, tamamilə əsassız həbs edilib. Bundan başqa, onun səhhəti narahatlıq doğurur. Hilal Məmmədovun həbsxana xəstəxanasında vəfat edən xələfi Novruzəli Məmmədovun t
... Читать дальше »
Məktəbdə qızının döyülməsindən şikayət edən ata həbs edildi
Qara maskalılar Şahin Ağayevi evindən döyə-döyə aparıblar
Yanvarın 14-də Lənkəranda övladının müəllim tərəfindən döyülməsi ilə bağlı "Bizim Yol”a müraciət edən və qəzetimiz tərəfindən videomüsahibəsi ilə bərabər şikayəti işıqlandırılan valideyin - Şahin Ağayev fevralın 6-da həbs edilib. Ailə üzvlərinin redaksiyamıza verdiyi məlumata görə, səhər tezdən Lənkəran şəhərindəki evlərinə basqın edilib. Evin qapı və pəncərəsi sındırılldıqdan sonra evə daxil olan üzü maskalılar Şahin Ağayevi övladlarının gözı önündə döyərərk, əl qolunu bağlayıb və aparıblar. Evdə axtarış aparılsa da heç nə tapılmayıb.
Ailə üzvləri, əslində nəyin baş verdiyini dərk etməyiblə
... Читать дальше »