Lənkəran ağsaqqalları adından bir qrup şəxsin mənə və dostlarıma ünvanlanmış bəyanata münasibət bildirməyi müəyyən məsələlərə aydınlıq gətirmək məqsədilə zəruri hesab etdim.
Hamıya məlumdur ki, İsa Qəmbərin 13.01.2013-cü il tarixdə Lənkərana səfəri zamanı baş verənlər Azərbaycan əfkari-ümumiyyəsinin böyük ikrahına səbəb oldu. Lənkəranlılar isə bunu ikiqat nifrətlə qarşıladı. Zira, onlar doğru olaraq bu olayı özlərinin mənəvi və əxlaqı dünyasına öyrədilmiş bir qrup insan tərəfindən törədilmiş təcavüz kimi qiymətləndirdi. Bu təcavüzdən doğan ləkəni üzərimizdən atmaq məqsədilə bir qrup ziyalı fərdi olaraq, Azərbaycan Ziyalılar birliyi Lənkəran təşkilatı və Talış Ağsaqqallar Şurası isə bir ictimai qürum olaraq İsa Qəmbəri yenidən rayona dəvə
... Читать дальше »