Avropa Dəyərlərinə İnteqrasiya İctimai Birliyi İsmayıllı rayonunda baş verən son hadisələrlə bağlı bəyanat yayıb. Təşkilatın sədri Elnur Məlikovun imzaladığı sənəddə deyilir:
23 yanvar 2013-cü il tarixdə, gecə saatlarında İsmayıllı rayonunda baş vermiş hadisə, xalqın dinc üsyanı kimi qiymətləndirilir. Bunun yeganə səbəbi, İsmayıllı rayon İcra Hakimiyyətinin Başçısı Nizami Ələkbərovun özbaşnalığıdır.
Nizami Ələkbərov uzun illərdir rayonu talan edir, xalqın hüquqlarını pozur, onlara qaşrı düşmən münasibət göstərir və onları hər gün alçaldır. Yanvarın 23-də isə xalqın səbr kəsası doldu və etirazını, məruz qaldığı represiyalara rəğmən çox da sərt olmayan bir tərzdə bildirdi. İsmayıllı rayonunun əhalisi digər regionların əhalisi ilə müqayisə
... Читать дальше »