Contact.az saytının məlumatına görə, 2004-cü ildən etibarən Sülh və Demokratiya İnstitutu Azərbaycanda məhkəmə sisteminin monitorinqini həyata keçirir, müxtəlif məhkəmə proseslərinin təhlilini prosesin və çıxarılmış hökmün ölkə qanunvericiliyinə və beynəlxalq hüquq normalarına, xüsusən İnsan Hüquqları üzrə Avropa Konvensiyasına uyğunluğu haqqında ekspert şərhləri ilə birlikdə KİV-də dərc edir.
"Çoxillik monitorinq məhkəmə hakimiyyətinin icra hakimiyyətindən ümumi, mütləq asılılığını göstərir. Azərbaycanda müstəqil məhkəmə hakimiyyəti yoxdur, bu mübahisəolunmaz fakt ölkədə bərqərar olmuş kriminal-korrupsioner rejimin əsasında durur”, deyə SDİ-nin press-relizində bildirilir.
2007-ci ildən etibarən SDİ xüsusilə kobud qanun və hüquq pozuntuları
... Читать дальше »