Yanvarın 10-da Ağır Cinayətlərə dair İşlər üzrə Məhkəmədə Azər Orucovun sədrliyi ilə "Tolışi sədo” qəzetinin baş redaktoru Hilal Məmmədovun işi üzrə hazırlıq iclası davam edib.
Vəkil Cavad Cavadov bir qrup vətəndaş cəmiyyəti fəalı və hüquq müdafiəçiləri adından H.Məmmədovun zaminə buraxılması haqqında vəsatət verib. Müraciəti Arzu Abdullayeva, İntiqam Əliyev, Əlövsət Əliyev, Rəşid Hacılı, Vidadi İsgəndərov, Əsabəli Mustafayev, Ənnağı Hacıbəyli və başqaları imzalayıblar.
Lakin dövlət ittihamçısı Tural Yusifov buna və müdafiə tərəfin digər vəsatətlərinə etiraz edib.
Hakim H.Məmmədovun həbsdən azad edilməsi, işin təkrar istintaqa göndərilməsi, audio və videoçəkiliş aparılması da daxil olmaqla, vəsatətlərin əksəriyyətini rədd edib. <
... Читать дальше »
Hakim: - Məmmədov Hilal Əlif oğlu. Neçənci ildə, harada anadan olmusunuz? Hilal Məmmədov: - 1959-cu ildə Astara rayonunun Təngərüd kəndində doğulmuşam. Hakim: - Ali təhsillisiniz? Hilal Məmmədov: - Bəli. Hakim: - Haranı bitirmisiniz? Hilal Məmmədov: - Bakı Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsini, Moskvada da aspiranturanı bitirmişəm. Fizika-riyaziyyat elmləri üzrə fəlsəfə doktoruyam. Hazırda narkobaronam. Hakim: - Məhkəmədə belə sözlər demək lazım deyil. Hilal Məmmədov: - Hər halda belə ittiham veriblər.
Yanvarın 9-da Bakı Ağır Cinayətlər Məhkəməsində «Tolişi-Sədo» qəzetinin baş redaktoru Hila
... Читать дальше »