Azərbaycan Prezidenti İlham Əliyev «Mütəşəkkil cinayətkarlıq və korrupsiya sahəsində İlin Adamı» elan edilib. Onu beynəlxalq jurnalist araşdırmaları təşkilatı - «Organized Crime and Corruption Reporting Project» (Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Araşdırmaları Layihəsi) bu nominasiyada qalib hesab edir.
Təşkilat səbəb kimi də 2012-ci ildə İlham Əliyevin ailə üzvlərinin «telekommunikasiya, minerallar, tikinti kimi gəlirli sahələri ələ keçirmələrinə dair ortaya çıxan məılumatlar»ı göstərir.
İlham Əliyev təşkilata daxil olan 60 araşdırmaçı-jurnalist və 15 media təşkilatının yekdil rəyi ilə seçilib.
Namizədlər arasında Albaniyadan narkobaron Naser Kelmendi, Özbəkistan Prezidenti İslam Karimov və Rusiya Prezidenti Vladimir Putin də olub.... Читать дальше »