Azərbaycan azadlıq hərəkatının faəllarından, şair Əli Nasirə həsr edilən "Haqqın şairi” klipinin cümə axşamı RATİ-də təqdimatı keçirilib.
Azərbaycan Dövlətçiliyi Naminə Denmokratik Talış Birliyinin (ADNDTB) həmsədri Mehdibəy Səfərov bu klipin Ə.Nasirin 50 illik yublileyinə qurum adından hədiyyə olduğunu deyib. Ə.Nasirin Azərbaycan və talış dillərində şerlər yazdığı nəzərə çatdırılıb.
Azərbaycanda azadlığın qazanılmasında, dövlətçiliyin qorunmasında Ə.Nasirin xidmətləri olduğu deyilib. Eyni zamanda milli-azadlığın qazanılması ölkədə yaşayan xalqların mədəniyyətlərinin inkişafına təkan verdiyi xatırladılıb. Hər bir xalqın öz mədəniyyətini inkişaf etdirməsi, ona sahib çıxması məqbul sayılıb.