Xəbər verildiyi kimi Avropa İttifaqı hüquq müdafiəçi, "Tolışi Sədo” qəzetinin baş redaktoru Hilal Məmmədovla həmrəylik nümayiş etdirmək üçün onun ailə üzvlərilə görüşməyi planlaşdırmışdır. Bu günlərdə belə görüş baş tutmuşdur.
Noyabrın 15-də Avropa İttifaqının Bakı ofisinin Siyasət, iqtisadiyyat və informasiya şöbəsinin rəhbəri cənab Toralf Pilzin başçılıq etdiyi diplomat heyəti Hilal Məmmədovun evinə gələrək, onun ailə üzvlərilə görüşmüşdür. İki saata qədər davam edən görüşdə qonaqlar Hilal Məmmədovun həbs olunduğu gündən bu günə qədər baş verənlər barədə, habelə qondarma iş üzrə istintaq və məhkəmələrin gedişilə maraqlanmışlar.
Cənab Toralf Pilz bildirmişdir ki, Avropa İttifaqının mərkəzi qərərgahının göstərişilə baş tutan bu görüş
... Читать дальше »