Azərbaycan könüllü olaraq insan hüquqları və ifadə azadlığı sahəsində öhdəliklər götürüb və onlara riayət etməlidir. Bu fikir bu gün ATƏT-in KİV azadlığı üzrə xüsusi nümayəndəsi Dunya Miyatoviç, AŞ-ın insan hüquqları üzrə komissarı Nils Muiznieks və Avropa Komissiyasının elektron gündəlik üzrə vitse-prezidenti Neli Kroesin jurnalistlərlə görüşündə səslənib.
Onların səfəri noyabrın 6-9-da Bakıda keçirilən Qlobal İnternet İdarəçilik Forumuna həsr olunub.
Dünən Miyatoviç və Muiznieks Kürdəxanı istintaq təcridxanasında həbs olunmuş jurnalistlər Əvəz Zeynallı, Hilal Məmmədov, Fərəməz Allahverdiyev və Vüqar Qonaqova baş çəkiblər.
Bakıda işgüzar səfərdə olan Avropa Şurasının İnsan haqları üzrə komissarı cənab Nils Muiznieks və ATƏT-in söz azadlığı üzrə xüsusi nümayəndəsi xanım Dünya Miyatoviç həbsxanada hüquq müdafiəçisi, "Tolışi Sədo" qəzetinin baş redaktoru Hilal Məmmədova baş çəkmişlər.
Avropanın yüksək çinli diplomatlarının Azərbaycan hakimiyyəti tərəfindən şərlənərək həbs edilən jurnalist-alimlə görüşü bir saata qədər davam etmişdir
... Читать дальше »