Hilal müəllim bu sözlərin badına gedib: "Azərbaycan hökuməti ”Eurovison"a milyonlar xərcləsə də, bizim bir qəpik xəcləmədən ölkə mədəniyyətini dünyada tanıtdığımız işi görə bilməyib". Sirr oxuduğunuz sözlərdəydi. "Eurovison”un yiyəsi Fond, konkertləşdirsək Mehriban Əliyevaydı.
Nə qədər Gülər Əhmədova mövzusu gündəmdədir, xüsusən müxalifətçilər ehtiyatlı olmalıdır. Gündəm elə sıxdır, öldün, qanın batdı, bir nəfər səninlə maraqlanan deyil.
"Gülərgeyt” gözümüz önündə iki əhəmiyyətli xəbəri ört-basdır etdi.
Birincisi, Kanadada Əliyevlərin büstünün götürülməsi idi.
Ikincisi də Xəzər TV-nin "Həyata baxış” verilişinin bağlanması və onun aparıcısı Ramal Hüseynova "davay dosvidaniya” deyilməsi.