Almaniyada fəaliyyət göstərən Azərbaycanda Demokratiya Naminə Birlik təşkilatı Amnesty İnternational təşkilatın yerli strukturu ilə birgə 05 sentyabr 2012-ci il tarixdə saat 10-dan 11-ə kimi Berlində AR sefirliyi binası qarçısında etiraz aksiyası keçirtməyi planlaşdırıb.
Aksiyaya hazırlıqla bağlı təşkilati işlər başa çatdırılmışdır. Aksiyada "Hilal Məmmədov dərhal azadlığa buraxılsın", "Azərbaycanda siyasi və vicdan məhbuslarına azadlıq", "Demokratiya həm də Azərbaycan üçün" və s. şuarlar səsləndiriləcək. Aksiyaya Avropad
... Читать дальше »
"Sərhədsiz reportyorlar” artıq bir neçə aydır həbsdə oturan və ikili cəzadan əziyyət çəkən iki azərbaycanlı jurnalistin – Əvəz Zeynallı və Hilal Məmmədovun taleyindən narahatdır.
"Onlar azadlıqdan məhrum ediliblər və amansız rəftara, təqiblərə və müxtəlif məhrumiyyətlərə səbr etmək məcburiyyətindədirlər. Bakı hökuməti bu əməlləri ilə beynəlxalq öhdəliklərini və yerli qanunları pozur.
"Biz həbsxana rəhbərliyini Hilal Məmmədovun, Əvəz Zeynallının və həbsdə olan bütün digər jurnalistlərin hüquqlarını dərhal təmin etməyə çağırırıq. Əvəz Zeynallıya həbsxanadan kənarda zəruri tibbi yardım göstərilməlidir. O, ciddi xəstəliklərdən əziyyət çəkir və ona qarşı fərqli rəftar cinayətə bərabərdir ki, bunun məsuliyyəti hakimiyyətin üzərinə düşür.