Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu (RATİ) qurumun əməkdaşı İdrak Abbasovun və onun ailə üzvlərinin təhlükəsizliyi ilə bağlı narahatdır. Bu barədə RATİ-nin direktoru Emin Hüseynov bugünkü mətbuat konfransında son faktlarla bağlı bildirib.
Xatırladaq ki, son günlər naməlum şəxslər üç dəfə İ.Abbasovun maşınını açmağa cəhd göstəriblər, lakin siqnalizasiya işə düşdükdən sonra qaçıblar.
İ.Abbasov birinci dəfə deyil ki, fiziki təzyiqlərə və hədələrə məruz qalır. Odur ki, RATİ rəhbəri hüquq-mühafizə orqanlarını İ.Abbasovun və onun ailə üzvlərinin təhlükəsizliyini təmin etməyə çağırıb. RATİ də öz tərəfindən bundan ötrü tədbirlər görəcək, onun evində videomüşahidə qurğusu qoyacaq.
E.Hüseynov polis əməkdaşlarının avtomobili açm
... Читать дальше »