Bu gün (14 avqust, 2012-ci il) Bakı Appelyasiya Məhkəməsində hakimlər Vaqif Mursaqulov, Mirpaşa Hüseynov və Həsən Əhmədovun heyətində Hilal Məmmədovun barəsində seçilmiş həbs qəti-imkan tədbirinin ləğv edilməsilə bağlı apellyasiya şikayətinə baxılıb.
Hilal Məmmədovun hüquqlarını vəkilləri Ramiz Məmmədov və Yalçın İmanov qoruyublar. Məhkəmə saxta ittihamlarla həbs edilən Hilal Məmmədovun şikayətini təmin etməmiş, Nizami rayon məhkəməsinin verdiyi 3 aylıq həbs qəti-imkan tədbirin seçilməsilə bağlı qərarını qüvvədə saxlamışdır.
Vəkil Yalchin Imanov Bakı Appelyasiya məhkəməsinin bu gün Hilal Məmmədovun işi üzrə çıxartdığı qərarı qanunsuz və əsassız adlandırmış və bunu hüquq müdafiəçisi ətrafında formalaşan misli görünməmiş bir qanunsuz
... Читать дальше »