Bu gün Nizami rayon məhkəməsində hakim Mehriban Qarayevanın sədrliyi ilə keçirilən prosesdə "Tolışi Sədo” qəzetinin baş redaktoru Hilal Məmmədovun apellyasiya şikayəti ilə əlaqədar müddətin ötürülməsi ilə bağlı şikayətə baxılıb.
Prosesdə çıxış edən vəkil Anar Qasımlı Hilal Məmmədov barəsində həbs-qətimkan tədbirinin seçilməsi ilə bağlı 22 iyun tarixdə verilmiş qərardan iyulun 25-də apellyasiya şikayəti verdiyini, lakin poçt işçilərini məsuliyyətsizliyi üzündən zərfin üzərində 26 iyul tarixi qeyd edildiyini, buna görə də apellyasiya şikayətinin qəbul edilmədiyini bildirib. Qərardan 72 saat müddətində şikayət verilməli olduğunu deyən Qasımlı poçt qəbzinin də üzərində 25 iyul tarixinin qeyd edildiyini və buna görə də müddətin ötürülməsi ilə bağlı qər
... Читать дальше »