Vəkil Anar Qasımlı AİP-in Astara şöbəsinin məhbus sədri Ruhullah Axundzadənin taleyi ilə bağlı xəbərdarlıq edir
Anar Qasımlı FaktXəbər saytına müsahibəsində bildirib: "Vaqif Abdullayevin məlum ölümündən sonra Ruhullah Axundzadə Pentensiar Xidmətin Müalicə Müəssisəsində müalicə almaqdan ehtiyat edir".
Vəkil vurğulayıb: "Ruhulla Axundzadənin səhhətində problemlər var. Onun ürək ağrısından və bədəninə su yığılmasından şikayəti var. Lakin Vaqif Abdullayevin məlum ölümündən sonra o, Pentensiar Xidmətin Müalicə Müəssisəsində müalicə almaqdan ehtiyat edir. ”
Anar Qasımlı qeyd edib ki, Ruhulla Axundzadənin müalicəsi ilə bağlı xaricdən həkim gətirmək üçün müraciət edəcəklər.