və yaxud Masallı rayonunun Kolatan kənd həkim məntəqəsinin əsaslı təmiri kolatanlıların Rusiyadan qaz çəkilişi üçün göndərdikləri 280 min ABŞ-dolları pulun sabiq icra başçısı Qəzənfər Ağayevin özünün həzm borusundan keçirtməyinə kompensasiyadırmı?
Demişdim axı, Talış zonasının Masallı rayonu "arıq eşşəyin yaylağıdır”. Bu ifadəm bir qədər təhqiramiz qəbul edilərsə, hörmətli oxuculardan qabaqcadan üzr istəyirəm. Dəfələrlə yazmışdım ki, Masallıya təzə gələn bütün icra hakimiyyəti başçıları zəmanələrinə uyğun olaraq, özlərinin qazanc məmbəyini bazarda gördüklərindən, bazar iqtisadiyyatı ilə ayaqlaşmağa başlayırlar. Rayona arıq gəlsələr də kreslolarına "kleylənəndən” sonra yavaş-yavaş başlayırlar rayonu çapıb-talamağa.