Mülki geyimli polis əməkdaşları İctimai Palatanın saat 13.00-a İctimai Televiziyanın qarşısına təyin etdiyi piketə maneçilik törədib. Aksiyadan bir neçə saat əvvəl İTV-nin binasının ətrafı və "İnşaatçılar” metro stansiyasının çıxışı polisin nəzarətində olub. Müxalifət fəalları İTV-nin binasına yaxınlaşmaq istəyərkən onları tutub polis maşınlarına əyləşdirirlər. 20-yə yaxın adam, o cümlədən AXCP sədrinin müavini Asəf Quliyev saxlanılıb. O, Yasamal Rayon Polis İdarəsinə aparılıb. Polis aksiya iştirakçılarına qarşı qəddarlıq törədib, qadınların saçlarını yolub.
Bir neçə fəal isə səhər saxlanılıb.
Piket İTV-nin siyasi plüralizmi, ifadə azadlığını pozmasına etiraz olaraq keçirilir. Müxalifət hesab edir ki, "Eurovision”un təşkilatçılarından bi
... Читать дальше »