Bu gün saat 12.00-a yaxın "Zerkalo” qəzetinin, Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutunun əməkdaşı İdrak Abbasov vəhşicəsinə döyülüb. İnsident reportyorun Sulutəpə qəsəbəsindəki evinin yaxınlığında ARDNŞ işçiləri qanunsuz tikililərin sökülməsi ilə bağlı növbəti "əməliyyatı” həyata keçirərkən baş verib.
Jurnalist söküntü və yerli sakinlərlə ARDNŞ təhlükəsizlik xidmətinin işçiləri arasında qarşıdurmanı videoya çəkirmiş. "ARDNŞ-nin mühafizə xidmətinin əməkdaşları İdrakın video çəkdiyini görən kimi onun üstünə atılıblar. Kamerasını əlindən alaraq yerə yıxıblar, təpikləyiblər. O, qan içində idi, başı əzilmişdi, gözü
... Читать дальше »