Artıq səkkiz ildir ki (2005-ci ildən), Sülh və Demokratiya İnstitutu (SDİ) AR qanunçuluğunu, beynəlxalq qanunlarını və Avropa Konvensiyasının insan hüquqlarına dair maddələri ən qaba şəkildə pozan Azərbaycan hakimləri təyin etmək üçün aralarında özünəməxsus müsabiqə keçirir. SDİ müsabiqəsinin "qalibləri" məhbusların geyimini xatırladan "zolaqlı mantiyalar" ilə təltif olunur. Qanunları kobud şəkildə pozmuş, hüquq normalarını ayaq altına atmış "zolaqlı mantiyalar" ilə o hakimlər təltif olunur ki, onları cavabdehliyə cəlb etmək üçün böyük zərurət duyulur. Hakimlərin içində namizədlər ilboyu vətəndaş cəmiyyətinin fəalları, vəkillər, hüquq müdafiəçilər və jurnalistlər tərəfindən irəli sürülürlər. ... Читать дальше »