Bu gün – 22 mart tarixində dahi talış maarifçisi, talış xalqının dil və mədəniyyət hüquqları uğrunda böyük mübariz, "Tolışi Sədo” qəzetini buraxdığına və talış dilinin və mədəniyyətinin təbliğinə görə həbsə atılmış və üzun müddətə azadlıqdan məhrum edilərək, Bakı türməsində şəhid olmuş professor Novruzəli Məmmədovun 70 illik yubileyi doğma Ərçivan (Arçon) kəndində qeyd edilmişdir.
Yubiley tədbirinə ədəbiyyat və mədəniyyət xadimləri, ictimai simalar, Talış ictimaiyyətinin ziyalıları, hüquq müdafiəçiləri, alimin yaxın dostları və jurnalistlər qatılmışlar.