TALISH.ORG xəbər verir ki, bu gün "Tolışon Sədo" qəzetinin növbəti həftəlik sayı işıq üzü görmüşdür.
Bu il sayca 6-cı olan "Tolışon Sədo" qəzetinin bü dəfəki sayında maraqlı xəbər və materiallar yer almışdır.
Oxucular baş redaktor Rafiq Cəlilovun ""Ana dili" günü" məqaləsi, yazar Aida xanım Qasımovanın Xocalı faciəsinin ildönümü ilə bağlı qələmə aldığı yazısı, Ustad Allahverdi Bayraminin talış dilli mətbuatın tarixilə bağlı talış dilində qələmə aldığı fikirləri, jurnalist Mətləb Dadaşovun Rusiyaya 20 günlük səfər təəssuratları ilə tanış ola bilərlər. Professor Əbulfəz Rəcəbovun imzasının yenidən Talış mətbuatında görsənməsi də qəzetin oxucular üçün maraqlı olacağından xeber verir.