Bir həftədir ki, Nardaranda kütləvi həbslər gedir. Bunu Turan-a kənd ağsaqqalı Natiq Kərimov bildirib.
Onun sözlərinə görə, axtarışlar gecə saat 1 radələrindən səhərə kimi davam edir. Axtarışı aparanlar MTN-dən axtarış üçün icazə alınması barədə sənədləri təqdim edirlər. Axtarışa gələnlərin davranışında hər hansı kobudluq olmur və axtarış qanun çərçivəsində gedir. İndiyə kimi təqribən 15-ə yaxın şəxs aparılıb. Onlardan 1-2 nəfəri buraxılıb. Buraxılanlar ən çox evlərdə silah olması ilə bağlı sorğulara məruz qalıblar.
Saxlanılanlar arasında adı MTN-in bu yaxınlarda verdiyi bəyanatda İranın Azərbaycanda terror hazırlaması ittihamında keçən, özü uzun müddətdir ki, İranda yaşayan Balaqardaş Dadaşovun bacısı oğlu da var. Həbs edilənlərin de
... Читать дальше »