"İnam” Plüralizm Mərkəzinin sədri Vahid Qazi hücuma məruz qalıb. "Media forum” saytı xəbər verir ki, hadisə fevralın 1-də baş verib.
Azərbaycan Ziyalılar Forumunun yazıçı, kino xadimi Rüstəm İbrahimbəyovun İçərişəhərdəki evində keçirilən toplantısından çıxan Vahid Qazi Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin yaxınlığından keçərkən qəfildən bir naməlum şəxs ona hücum çəkib.
"Media forum”a açıqlamasında Vahid Qazi bildirib ki, hücumçular iki nəfər olublar. Digəri bir az aralıda, Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin tinində durub gəlib-gedənin olub-olmadığını güdürmüş.
Hücum edən şəxs Vahid Qazinin sinəsindən tutaraq onu divara çırpıb, dizi ilə onun qarnından zərbələr endirib: "Mən özümü qorumağa çalışdım və haray saldım. Bunu gör
... Читать дальше »