"Sərhədsiz reportyorlar” beynəlxalq mətbuatı müdafiə təşkilatı ənənəvi "Dünyada azadlıq indeksi” məruzəsini açıqlayıb. Bu il siyahıda söz azadlığının pisləşməsinə görə düzülmüş 179 ölkə var. Bu siyahıda Azərbaycan ötən illə müqayisədə 10 bənd geriləyərək, 162-ci yeri tutub. Mətbuat azadlığı indeksi bu və ya digər ölkədə mətbuat azadlığı sahəsində vəziyyətlər bağlı sorğular, vəziyyətin daimi monitorinqi və ifadə və İnternet azadlığının pozulması haqqında məlumatların təhlili əsasında müəyyən olunur.
Sorğular ildə bir dəfə ekspertlərin, hüquq müdafiəçilərinin, hüquqşünasların və s. cəlb edilməsi ilə keçirilir. Bu qiymətlər il ərzindəki məlumatlar və faktlarla müqayisə olunur və onların əsasında ayrı-ayrı mövzular və məsələlər üzrə qiymətlər verilir. ... Читать дальше »