Bu gün Media Mərkəzində keçirilən mətbuat konfransında hüquq müdafiəçisi Ələkbər Məmmədov orduda problemlər, xəstə əsgərlərə qarşı laqeyd münasibət, fiziki cəhətdən sağlam olmayan gənclərin hərbi xidmətə çağırılmasından danışıb.
O, Astaradan hərbi xidmətə çağırılmış əsgər Elşad Novruzovun barəsində danışıb. E.Novruzov bir ilə yaxın Gəncədə xidmət keçib. İki aydır ki, Bakıda mərkəzi hərbi hospitalın pulmonologiya şöbəsindədir. Ona ciyərlərinə su yığılması diaqnozu qoyulub. Hər gün həkimlər əsgərin ciyərlərindən 250 qr. su çəkir. "Hospitalın soyuq otağı onun sağalmasına imkan vermir. Əsgər tam yaxşı olmayıb, amma onu geriyə hərbi hissəyə göndərmək istəyirlər”, - Ə.Məmmədov qeyd edib.
Əsgərin atası Əli Novruzov bildirib ki, ordud
... Читать дальше »