«İndi Yasamalda azan səsi eşidilmir. Azan verilən mikrofonları da açıb aparıblar. Bütün Yasamal camaatı burada namaz qılırdı. Gəldilər, bağladılar, bilmirik nəyə görə».
Dindar Tahir Tağıyevlə Yasamal rayonununda «Hüseyniyyə məscidi» deyilən yerdə rastlaşdıq. Onun dediyinə görə, «Dağlılar məhəlləsi»ndə Yasamal camaatı 15 ilə yaxındır ki, öz aralarında «Hüseyniyyə məscidi» adlandırdıqları bu icmaya toplaşıb namaz qılırlar, burada həmçinin dini tədbirlər, quran dərsləri təşkil edirlər.
Aşura günündən təxminən 1 həftə sonra, dekabr ayının əvvəlindən icmanın qapıları ibadətə gələnlərin üzünə bağlanıb. Söhbət etdiyimiz dindarların dediklərinə görə, özlərini Milli Təhlükəsizlik Nazirliyinin və Yasamal rayon icra hakimiyyətinin əməkdaşları k
... Читать дальше »