Bülbülə qəsəbəsində fəaliyyət göstərən "İmam Xomeyni” məscidinin icma rəhbəri Hacı Məsim Novruzov həbs olunub. O, vergidən yayınma ittihamı ilə saxlanıb. Hacı Məsim Novruzov eyni zamanda "İmam Xomeyni” məscidinin axundudur.
Suraxanı Rayon Məhkəməsinin hökmü ilə M. Novruzov 2 il müddətinə azadlıqdan məhrum edilib. Birinci məhkəmə instansiyasının hökmündən verilən apellyasiya şikayəti isə baxılması üçün hakim Həsən Əhmədovun icraatına verilib.
İttihama görə, Məsim Dəmir oğlu Novruzov Cinayət Məcəlləsinin 213.1-ci (xeyli miqdarda vergiləri və ya məcburi dövlət sosial sığorta haql
... Читать дальше »