Amnesty İnternational Beynəlxalq insan haqlarını müdafiə təşkilatı Azərbaycanda əsas azadlıqların vəziyyətindən bəhs edən xüsusi hesabatını yayıb. "Çiçəklər açmayan bahar: Azərbaycanda cilovlanmış azadlıqlar” adlanan hesabatda bu ilin martında baş verən etiraz aksiyalarında həbs olunanların durumundan bəhs edilir və beynəlxalq ictimaiyyət neft zəngini olan Azərbaycanda insan haqlarının pozulmasına göz yummamağa çağırılır.
Noyabrın 16-da yayılan sənədə görə hakimiyyətin sistematik qısnamalarına baxmayaraq, Azərbaycanda gənclər özlərinin toplaşma və ifadə azadlıqlarından istifadə etməyə yollar tapmağa çalışırlar: "Dissidentlərin təqiblərlə üz-üzə qaldıqları bir vaxtda internet azad sözün tək sığınacaq yerinə çevrilib. Dövlət televiziyası Facebo
... Читать дальше »