Azərbaycanın Radon Paylama Xəritəsinin yekun variantı artıq hazırdır. Bu barədə məbuata Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Geologiya İnstitutunun geologi mühitin qamma spektromiyası şöbəsinin müdiri Çingiz Əliyev bildirib. Onun sözlərinə görə, İsveçrənin Milli Elm Fondu ilə birgə həyata keçirilən layihə çərçivəsində hazırlanan xəritənin yaxın günlərdə geniş təqdimatı keçiriləcək.
Ç. Əliyev bildirib ki, hazırlanan xəritə MDB ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda yaradılıb: "Xəritədə Qarabağ və Naxçıvan istisna olmaqla, bütün ölkə ərazisi əhatə edilib. Gələcəkdə Naxçıvanda da radon qazının miqdarı ilə bağlı araşdırma aparmaq fikrimiz var. Azərbaycanda radon qazının norması köhnə binalarda 200 bk/kub metr, yeni evlər
... Читать дальше »