Hörmətli Əvəz bəy! Mən bu yazını bir "cavab haqqı” olaraq yazmışam, bu yazını öz qəzetinizin səhifəsində yerləşdirməyi Sizdən dönə-dönə xahiş edirəm, ümüdvaram ki, Azər bəylə Sizin dostluq münasibətiniz bu yazının dərcini əngəlləməyəcək
Mənim "Xural” adlı bir sevgim var və bu sevginin müqabilində mən daim "Xural”ı digər mətbu orqanlardan üstün tuturam, niyəsini yazmaq fikrindən uzağam, amma bəzi məqamları Oxucu üçün aydınlatmaq istəyirəm. Başlayaq Azər Həsrətdən.
Mənim Azər bəylə şəxsi tanışlığım yoxdur və bu tanışlıq üçün heç vaxt can da atmamışam, niyəsi odur ki, Azər Həsrət ilə mən şimal və cənub qütbləri kimi bir-birimizə uzağıq, cənub deyən kimi qeyri-ixtiyari Azər bəyin "Xural”da getm
... Читать дальше »
Və yaxud Bəyturan ləqəbli Vüqar Hüseynov hara işləyir? Ay canınıza daraşım, mən çox çalışıram ki, bu annamaz milliyətçi xəstələrə qardaşlıq-dostluq əlimi uzadım bunlar isə bir şuar əzbərləyiblər: "Bir millət iki dövlət", "Türkün türkdən başqa dostu yoxdur".
İndi də əsil soyadına arxa çevirib, özünə bəyturan ləqəbi götürən Vüqar adlı birisi ağzına gələni, heç bir sübutu olmadan gəvələyib, gövşəyir. Bu gənc barədə bir neçə fakt deməyim Sizə də maraqlı olar.
Millətçilikdən, vətənpərvərlikdən danışan bu Vüqardan soruşun, o, VƏTƏNƏ əsgəri borcunu veribmi? Onun özünün öz soy kök
... Читать дальше »